İlon Maskın anası: “Co Bayden İlon Maskın dünyanı daha yaxşı yerə çevirməsinə mane olur”

16
Dek
03:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“ABŞ Prezidenti Co Bayden İlon Maskın dünyanı daha yaxşı yerə çevirməsinə mane olur”.

Bu sözləri ABŞ-li milyarder, “Tesla” və “SpaceX”in baş direktoru İlon Maskın anası Mey Mask ABŞ Federal Rabitə Komissiyasının üzvü Brendan Karrın bəyanatına münasibət bildirərkən deyib. O, Baydenin Maska nəzarət etmək üçün müxtəlif yollardan istifadə edəcəyini bildirib.

“Mən İlon Maskın anasıyam. Onun məqsədi dünyanı daha yaxşı bir yerə çevirməkdir. ABŞ-nin hazırkı prezidenti onu dayandırmaq istəyir. Başqa ölkələrdə insanlar İlonla fəxr edirlər və ABŞ prezidentinin motivlərini başa düşmürlər”, - deyə Mey Mask qeyd edib.

Mənbə: mir24.tv