Moldovanın yeni təhlükəsizlik strategiyası: Əsas təhlükə Rusiyadır

16
Dek
08:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moldova parlamenti prezident Maya Sandu tərəfindən təklif edilən və Rusiyanın əsas təhlükə kimi göstəilrdiyi milli təhlükəsizlik strategiyasını təsdiqləyib.

Sənəddə deyilir: “Rusiya Federasiyasının təcavüzkar siyasəti açıq-aşkar regional kontekstə ​​malikdir. Beləliklə, onun düşmənçilik hərəkətləri Moldova Respublikasının təhlükəsizlik və müdafiə sisteminin potensialının sürətləndirilməsi prosesini strateji imperativə çevirir”.

Strategiyada Rumıniyanın təhlükəsizlik və müdafiə sahəsində Moldovanın strateji tərəfdaşı kimi çıxış edəcəyi qeyd edilir. Respublika bu sahədə digər Aİ ölkələri, həmçinin Böyük Britaniya, ABŞ və Türkiyə ilə əməkdaşlığı gücləndirəcək. Bundan əlavə, Moldova NATO ilə əməkdaşlığı intensivləşdirmək niyyətindədir.

Sənəd müəllifləri qeyd edirlər ki, Moldovaya müasir, yaxşı təchiz edilmiş və təlim keçmiş, tərəfdaş ölkələrin ordularına yüksək uyğunluq təşkil edən silahlı qüvvələr lazımdır. Buna nail olmaq üçün respublika 10 il ərzində hərbi büdcəni ümumi daxili məhsulun (ÜDM) 1%-nə çatdırmağı planlaşdırır.

Xatırladaq ki, Moldova Konstitusiyasında ölkənin neytral statusu təsbit edilib.

Mənbə: TASS