Yeni il çadırları qurulacaq? - RƏSMİ AÇIQLAMA

16
Dek
10:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakıda Yeni il ilə əlaqədar metro stansiyaların çıxışında bayram çadırları quraşdırılmayacaq”.

Bununla bağlı seher.media-ın sorğusuna cavab olaraq, Bakı Şəhər Ticarət Departamentindən məlumat verilib.

Qeyd edilib ki, bu il Yeni il məhsullarının satılması üçün nəzərdə tutulan ənənəvi bayram çadırlarının quraşdırılmaması haqqında qərar verilib.

Xatırladaq ki, hər il Yeni il, Novruz bayramı, həmçinin yeni tədris ili ərəfəsində Bakıda metro stansiyaların çıxışlarında aidiyyəti məhsulların satışı üçün çadırlar quraşdırılırdı.

Aysel Aslan