Rusiyada güclü şaxta binanın girişini “buz mağarası”na çevirdi - VİDEO

17
Dek
08:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Çelyabinsk vilayətinin Miass şəhərinə yağan güclü qar və ardınca müşayiət olunan güclü şaxta bəzi yaşayış binasının girişlərini “buz mağarası”na çevirib.

Binanın sakinləri qarşılaşdığı mənzərəni telefona çəkərək sosial şəbəkələrdə paylaşıblar.

Sakinlər həmçinin mənzil kommunal xidmətinin fəaliyyətini tənqid edib, yaşayış binalarının girişlərinin buz və qardan təmizlənməməsindən şikayətləniblər.

Həmin görüntüləri təqdim edirik: