Tərtərdə vətəndaşa məxsus fərdi evdə yanğın olub.
“Report”un verdiyi xəbərə görə, hadisə rayonun Şıxarx qəsəbəsində qeydə alınıb.
Belə ki, Laçın rayonundan məcburi köçkün olan və Şıxarx qəsəbəsində məskunlaşan Yaşar Qoca oğlu Muradova məxsus dörd otaqlı ev yanıb.
Hadisə yerinə Tərtər yanğından mühafizə hissəsinin yanğınsöndürmə briqadası cəlb edilib. Yanğının ətraf tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı ev əşyalarının az bir hissəsi çıxarılıb.
Qeyd edək ki, ailə üzvləri yanğın zamanı evdə olublar. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının odun peçindən qopan qığılcımdan baş verdiyi deyilir.