Bakıda sərnişin avtobusu işıq dirəyinə çırpılıb - YENİLƏNİB + VİDEO

17
Dek
15:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Zığ dairəsi-Hava Limanı yolunda baş vermiş yol-nəqliyyat hadisəsindən sonra yaranan tıxac aradan qaldırılıb. 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Qeyd olunub ki, hazırda nəqliyyatın hərəkəti təmin edilib.

14:00

Bakıda sərnişin avtobusu işıq dirəyinə çırpılıb.

seher.media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, “Daewoo” markalı sərnişin avtobusu yolun kənarındakı işıq dirəyinə çırpılıb.

Hadisə zamanı xəsarət alanların olduğu bildirilir.

Qəza nəticəsində avtomobillərin hərəkəti çətinləşib.

Həmin görüntüləri təqdim edirik: