Ağstafada QƏZA: Xəsarət alanlar var

17
Dek
22:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağstafa rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Xəyal Vəliyev, 1976-cı il təvəllüdlü Firuz Abbasov və 1977-ci il təvəllüdlü Şərafət Allahverdiyeva xəsarət alıblar.

Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.