Marşrutlarda ödənişlər bank kartları ilə olacaq - Tarix AÇIQLANDI

18
Dek
11:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İctimai nəqliyyatda gediş haqqının bank kartları ilə ödənilməsi üçün sistem sınaqdan keçiriləcək”. 

seher.media xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün keçirilən Azərbaycanda Mobilliyin Transformasiyası proqramının təqdimatında çıxışı zamanı deyib. 

O bildirib ki, ictimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan yaratmaq məqsədilə mövcud nağdsız ödəniş sistemi üzərində təkmilləşdirmə işləri aparılır: 

“Sistem yeniləndikdən sonra təmassız texnologiyanı dəstəkləyən, bütün bank kartları və mobil cihazlardan ödəniş etmək mümkün olacaq”.

Nazir müavini bildirib ki, 2024-cü ilin yanvar ayından bir neçə marşrutda ödənişlərin bank kartları ilə edilməsi sınaqdan keçiriləcək:

“Sınaqlardan sonra 2024-cü ilin ilk rübünün sonunda ödəniş sisteminin ilkin tətbiqinə başlanılması nəzərdə tutulur”.

Könül Cəfərli