BVF Ukraynanın pul çapetmə siyasətinə qayıda biləcəyi ilə bağlı xəbərdarlıq etdi

19
Dek
01:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qərb ölkələri yaxın aylarda Ukraynaya maliyyə yardımı etməsələr, o, hiperinflyasiya ilə üzləşəcək.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva xəbərdarlıq edib.

Onun sözlərinə görə, Kiyev son vaxtlar iqtisadiyyatı bərpa etmək üçün səylər göstərdiyinə görə ölkə heç bir kənar yardım olmadan təxminən bir neçə ay yaşaya bilər. Bununla belə, Ukrayna maliyyə cəhətdən zəif olaraq qalır.

“Ukrayna yeni maliyyə dəstəyinin olmamasına zorla “uyğunlaşdırılarsa”, iqtisadiyyatın bərpası təhlükə altına düşəcək. Növbəti gecikmələr Kiyevi keçən il Rusiya ilə münaqişə başlayandan aylar sonra olduğu kimi, sabitliyi pozan pul çapetmə siyasətinə qayıtmağa məcbur edə bilər”, - deyə o xəbərdarlıq edib.

Mənbə: Financial Times