Ərdoğan: “Türkiyə “F-16” məsələsində ABŞ-dən qarşılıq gözləyir”

19
Dek
19:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ankaranın İsveçin NATO-ya üzvlük ərizəsini təsdiq etməsinə cavab olaraq Türkiyə “F-16” qırıcılarının satışı ilə bağlı ABŞ-dən qarşılıq gözləyir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

O qeyd edib ki, ölkəsi, həmçinin İsveçin terrorla mübarizə ilə bağlı verdiyi vədləri yerinə yetirməsini də gözləyir.

“İnanıram ki, həm “F-16” məsələsində, həm də Kanadanın vədlərini yerinə yetirməsi məsələsində ABŞ-dən gözlədiyimiz müsbət dəyişikliklər parlamentimizin də bu məsələyə müsbət münasibətini sürətləndirəcək. Digər tərəfdən, İsveçin bizə verdiyi vədlər də var ki, onların da həyata keçiriləcəyini gözləyir, hadisələri diqqətlə izləyirik”, - deyə Türkiyə lideri vurğulayıb.

Mənbə: Anadolu