Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük xidməti yaradılacaq

19
Dek
23:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük xəttinin yaradılması üçün lazımi işlərin tamamlanması ilə biz sadələşdirilmiş gömrük xidmətinə keçəcəyik”.

“Report” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “İş dünyasının görüşü” adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, məqsəd işləri sürətləndirməkdir və bu iki ölkəyə töhfə verəcək:

“Bu məqsədlə gömrük xidmətlərinin sadələşdirilməsi önəmlidir. Bu istiqamətdə iki ölkə arasında işlər aparılır”.