“TƏBİB-in tabeli tibb müəssisələrinə xaricdə təhsil almış 102 həkim işə qəbul olunub”.
seher.media xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov TƏBİB-in fəaliyyətinin 5 illiyinə həsr olunan hesabat konfransında deyib.
V.Qurbanovun sözlərinə görə, tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” çərçivəsində 17 tibb müəssisəsində xarici ölkələrdə müxtəlif ixtisaslar üzrə təhsil alan 102 həkim-mütəxəssis işə qəbul edilib:
“Hazırda TƏBİB-in tabeli tibb müəssisələrində 94 min 84 nəfər əməkdaş çalışmaqdadır. Onlardan 53 min 389-u tibb heyətidir”.
Könül Cəfərli