Goranboyda maşın aşıb: Xəsarət alanlar var

21
Dek
00:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Balakürd kəndinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb.

Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.