Çingiz Aytmatovun abidəsi nə zaman hazır olacaq?

22
Dek
17:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin son tamamlama işləri görülür.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Azərbaycan Rəssamlar İttifaqı nəzdində İstehsalat Yaradıcılıq Kombinatının direktoru Baloğlan Hüseynov məlumat verib.

Onun sözlərinə görə, abidə gələn həftə hazır olacaq:

“Proses sürətlə davam etdirilir”.

Xatırladaq ki, abidə Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi və Binəqədi şosesinin kəsişməsindəki parkda ucaldılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev Qırğızıstan Xalq yazıçısı Çingiz Aytmatovun Bakı şəhərində abidəsinin ucaldılması ilə bağlı Sərəncam imzalayıb.