İşğaldan azad edilmiş ərazilərdə səs verəcək seçicilərin bildirişləri fərqli olacaq

23
Dek
16:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İşğaldan azad edilmiş ərazilərdə səs verəcək seçicilərin bildirişlərində əlavə qeyd olacaq”.

seher.media xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib. O qeyd edib ki, bu qeyd əhalini təbrik mətnidir:

“İşğaldan azad edilmiş ərazilərdə yaşayan, orada səs verəcək şəxslərə növbədənkənar prezident seçkisi ilə əlaqədar bildirişlər dərc edilərkən orada təbrik cümlələri də yer alacaq. Çünki o insanlar 30 il sonra ilk dəfə öz torpaqlarında səs verirlər. Bu, Allahın lütfüdür”.

MSK sədrinin sözlərinə görə, bildirişlərə əlavə ediləcək bu bənd qanunvericiliyin tələblərinə də uyğundur.

Aysel Aslan