Namizədliyi bu gün təsdiqlənən səkkiz şəxsin səlahiyyətli nümayəndələri qeydə alınıblar

26
Dek
16:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən daha səkkiz şəxsin səlahiyyətli nümayəndələrini qeydə alıb.

seher.media xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

Müzakirələrdən sonra namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimovun, Mətləb Mütəllimlinin, Abutalıb Səmədovun, Fikrət Yusifovun, Yusif Bağırzadənin, Arzuman Abdulkərimovun, Yunus Oğuzun və Qulamhüseyn Əlibəylinin səlahiyyətli nümayəndələri qeydə alınıblar.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.

Aysel Aslan