Nazir: “2024-cü ildə Ermənistanla münasibətlərin normallaşdırılması prosesini irəliyə aparacağımıza inanırıq”

28
Dek
16:00
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan 2024-cü ildə Ermənistanla münasibətlərin normallaşdırılması prosesini irəliyə aparacağına inanır. Amma 2024-cü ilin ikitərəfli gündəliyi barədə məlumat vermək erkəndir”. 

seher.media-ın məlumatına əsasən, bunu xarici işlər naziri Ceyhun Bayramov 2023-cü ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib. 

O bildirib ki, Ermənistan Azərbaycana sülh planını təqdim edib.

“Azərbaycan həmin plana cavabını verib. İnanırıq ki, növbəti ildə ikitərəfli təmaslar nəticəsində sülh gündəliyi irəliyə aparılacaq”, - deyə nazir əlavə edib.