Prezident sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı qanunda dəyişikliyi təsdiqlədi

29
Dek
15:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. 

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. 

Dəyişikliyə əsasən, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddəti 2025-ci il yanvarın 1-nə qədər uzadılır.

Hazırkı qanuna əsasən, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2024-cü il yanvarın 1-də bitir.

Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.