MSK sədri: “Dairələrdə qadınların seçkidə iştirakı ilə bağlı problemlər var”

30
Dek
17:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Seçki prosesinə gənclərin cəlb edilməsi üçün addımlar gücləndirilib”. 

seher.media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. 

O qeyd edib ki, təkcə gənclərin deyil, qadınların da seçkidə fəallığı üçün addımlar atmaq, çağırışlar etmək lazımdır: 

“Xüsusilə, dairə seçki komissiyalarında bununla bağlı problemlər var. Düşünürəm ki, qadınların seçkidə iştirakı ilə bağlı da maarifləndirmənin gücləndirilməsinə ehtiyac var”.  

Aysel Aslan