Tehranda qadın siyasi məhbuslar Nobel Sülh Mükafatçısına dəstək üçün aksiya keçiriblər - FOTO

1
Mar
04:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tehrandakı bədnam Evin zindanında cəza çəkən qadın siyasi məhbuslar güneyli hüquq müdafiəçisi, siyasi məhbus və 2023-cü il Nobel Sülh Mükafatının qalibi Nərgiz Məhəmmədiyə dəstək məqsədilə oturaq aksiya keçirilər.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, buna səbəb həbsxana rəhbərliyinin və İran hökumətinin Məhkəmə Sisteminin Nərgiz Məhəmmədinin atasının dəfn mərasimində iştirakına icazə verməməsi olub. Məhbuslar bu addımı ədalətsiz hesab ediblər.

Qeyd olunub ki, qadın məhbuslar oturaq aksiya zamanı “Xun-e Ərqəvan” mahnısını da oxuyublar.