İsrail ordusu Livanın paytaxtına zərbələr endirib: Ölənlərin sayı artır

21
Sen
00:35
thumb_down 0

İsrailin Livanın paytaxtına endirdiyi hava zərbəsi nəticəsində ölənlərin sayı 14-ə yüksəlib.

seher.media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin "Telegram" kanalında yerləşdirilmiş hesabatında deyilir.

Qeyd olunur ki, yaralıların sayı 66-dır.

Mətndə göstərildiyi kimi, ən azı 11 livanlının vəziyyəti ağırdır və reanimasiya şöbələrinə yerləşdirilib.

Uçan iki evin yerində axtarış-xilasetmə əməliyyatı davam edir. Mümkün qurbanların axtarışı üçün dağıntılar təmizlənir.

"Al Jadeed" telekanalının məlumatına görə, "Hizbullah"ın hərbi lideri İbrahim Aqil hava hücumu zamanı ölüb. Həmçinin, vurulan binalardan birində əməliyyat qərargahının iclasında iştirak edən komandirlər qrupu məhv edilib.

İsrail Hərbi Hava Qüvvələrinin Livanın paytaxtının cənub ətrafına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 3-dən 8-ə, yaralıların sayı isə 17-dən 59-a yüksəlib.

seher.media xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin "Telegram" kanalında yerləşdirilmiş hesabatda bildirilir.

Qeyd olunur ki, səkkiz livanlı ağır vəziyyətdə reanimasiyadadır.

İsrail Hərbi Hava Qüvvələrinin Livan paytaxtının cənub ətrafı Dahiyəyə hücumu nəticəsində "Hizbullah"ın xüsusi əməliyyatlar üzrə məsul komandiri İbrahim Akil öldürülüb.

seher.media bu barədə "Al Jazeera" telekanalına istinadən xəbər verir.

Onun məlumatına əsasən, raket hücumu nəticəsində beş uşaq həlak olub, onlarla insan yaralanıb.

İsrail hərbçiləri Livanın paytaxtı Beyrut şəhərinə zərbə endiriblər.

seher.media bu barədə TASS-a istinadən xəbər verir.

"İsrail ordusu Beyruta zərbə endirib", - deyə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti xəbər yayıb.

Hücumla bağlı təfərrüat yoxdur.