Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edildi

20
Sen
14:35
thumb_down 0

Qalıqları Ağdam rayonunun Sırxavənd kəndində aşkar edilən, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Səfəralı Alverdi (Allahverdi) oğlu Səfərovun nəşi Sumqayıt şəhərinə aparılıb.

"Report"un yerli bürosunun məlumatına görə, şəhidin nəşi Sumqayıtda ailəsinə təhvil verilib.

Şəhidin nəşi Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, Səfəralı Alverdi (Allahverdi) oğlu Səfərov 1973-cü il dekabrın 27-də anadan olub. O, 1992-ci il sentyabrın 29-da Ağdam rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.