Niyaməddin Sadıqov: "Sonuncu danışığımız sentyabrın 19-u oldu, 20-si şəhidlik zirvəsinə ucaldı"

20
Sen
15:00
thumb_down 0

"Ceyhun 2020-ci il Vətən müharibəsindən 2023-cü il antiterror tədbirlərinə qədər Qarabağ ərazisində xidmət edib. Laçın, Kəlbəcər, Şuşa və son olaraq Xankəndidə döyüşüb".

Bu sözləri seher.media-a açıqlamasında 2023-cü ilin 19-20 sentyabrında antiterror tədbirləri zamanı şəhid olan Ceyhun Sadıqovun atası Niyaməddin Sadıqov deyib.

Onun sözlərinə görə, Ceyhun əməliyyatdan bir neçə gün əvvəl ona zəng edib, mövcud vəziyyət haqqında məlumat verib:

"Sonuncu danışığımız sentyabrın 19-u oldu. Dedi ki, döyüşlərə qatılırıq, telefonu söndürəcəyəm ki, düşmən izləyə bilməsin. Sentyabrın 20-si şəhidlik zirvəsinə ucaldı. Ceyhunla bağlı çox xatirəm olsa da, haqqında danışmaq mənim üçün çox çətindir".

Mərahim Nəsib