Ermənistandan “Zvartnots” hava limanı ilə bağlı Rusiyaya açıq mesaj

1
Mar
12:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rusiya sərhədçilərinin İrəvanın “Zvartnots” beynəlxalq hava limanında mövcudluğu hakim Vətəndaş Sazişi Partiyasının gündəmindədir”.

Bu açıqlama ilə Ermənistan parlamentinin “Vətəndaş Sazişi” fraksiyasının katibi Artur Ovanisyan çıxış edib.

“Cəmiyyətin əksəriyyəti kimi, biz də bu məsələdən narahatıq”, - deyə Artur Ovanisyan vurğulayıb.

O əlavə edib ki, hazırda Rusiya sərhədçilərinin hava limanındakı xidməti fəaliyyəti ətrafında müzakirələr aparılır, nəticəsi barədə səlahiyyətlilər vətəndaşları məlumatlandırırlar. 

Məlumat üçün əlavə edək ki, İrəvanın “Zvartnots” beynəlxalq hava limanı Rusiya sərhədçiləri tərəfindən mühafizə edilir.

Mənbə: Sputnik Ermənistan