Rusiyada on yaşlı narkokuryer tutuldu

3
Mar
08:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Kurqan şəhərində 10 yaşlı uşaq narkotik alveri ilə məşğul olduğu üçün saxlanılıb.

Məktəbli və onun 32 yaşlı şəriki Vyaçeslav şəhərin üçüncü mikrorayonunda yaşayış binasının girişində yaxalanıblar.

Dördüncü sinif şagirdinin üzərində təxminən 100 qram karfentanil - güclü sintetik maddə aşkar edilib.

Vyaçeslava gəlincə, o əvvəllər narkotik vasitələrin yayılmasına görə məhkum edilib. Onun üzərində 11 qram karfentanil olub.

Müstəntiqlər narkotik alveri ilə məşğul olan şağırdin valideynləri ilə söhbət aparıblar.

Mənbə: Shot