ABŞ-də silahlı hücum: Ölənlər və yaralananlar var - FOTO

4
Mar
23:00
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin Kaliforniya ştatında bir qrup maskalı şəxs evin bağçasında keçirilən şənliyə silahlı hücum edib və insanlara atəş açıb.

Bu barədə şəhər polis idarəsindən açıqlama verilib.

Məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya aparılıb.

Şəxsiyyəti məlum olmayan hücumçular isə avtomobilləri ilə hadisə yerindən qaçıblar. 

Hadisə ilə bağlı istintaq başladılıb.

Mənbə: Haber Global