Rumıniyanın “Baş naziri: Azərbaycanla ümumi layihələri dəstəkləməyə hazırıq”

4
Mar
23:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rumıniyanın Baş naziri Marçel Çolaku Buxarestdə Viktoriya sarayında Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Dursun oğlu Osmanovu qəbul edib.

“Report”un məlumatına görə, rəsmilər Rumıniya ilə Azərbaycan arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər.

Baş nazir Çolaku hər iki ölkənin Strateji Tərəfdaşlıq çərçivəsində iqtisadi əməkdaşlıq, investisiyalar, enerji və təhlükəsizlik baxımından ümumi maraq doğuran layihələri dəstəkləməyə hazır olduğunu bildirib.