Prezidentin köməkçisi Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb

5
Mar
00:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Bu barədə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə qarşılıqlı maraq doğuran bir sıra mövzular müzakirə olunub.