Mariya Zaxarova: “Alman jurnalistlər Rusiyanı tərk edəcəklər”

5
Mar
17:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Almaniya hakimiyyət orqanları rusiyalı müxbirlərə toxunarsa, alman jurnalistlər Rusiyanı tərk edəcəklər”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Demək istəyirəm ki, onlar (Almaniya hakimiyyət orqanları - red.) Berlindəki diplomatik kanallar vasitəsilə bu barədə artıq məlumatlandırılıblar. Əgər onlar rusiyalı müxbirlərə toxunsalar, planlarını sona qədər çatdırsalar, alman jurnalistlər Rusiyanı tərk edəcəklər”, - deyə Rusiya XİN sözçüsü bildirib.

Mənbə: info.sibnet.ru