Antalyada baş verən güclü tornadonun görüntüləri yayıldı - FOTO/VİDEO

7
Mar
04:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Antalya şəhərində baş verən güclü tornadonun görüntüləri yayılıb.

Daha əvvəl “narıncı kod” xəbərdarlığı edilən şəhərdə leysan və fırtına həyatı iflic edib. Kumluca rayonunda isə tornado nəticəsində altı nəfər xəsarət alıb.

Yollardakı gölməçələr səbəbindən nəqliyyatda fasilələr yaranıb.

Şəhərin mərkəzindəki bəzi məhəllələrdə evləri və iş yerlərini su basıb. Bəzi yeraltı keçidlərdə gölməçələr əmələ gəlib və avtomobillər çıxılmaz vəziyyətdə qalıblar.

Mənbə: TRT Haber