Piyadadan başqa hər kəsə “yar” olan səkilər - FOTO

12
Mar
18:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın əsas küçələrində hərəkətin təşkili ilə bağlı nə qədər yenilik tətbiq edilsə də, mövcud problem qalmaqdadır.

Fotolar paytaxtın Zivər bəy Əhmədbəyov və İlqar İsmayılov küçələrində lentə alınıb. Gördüyünüz kimi, bu küçələrdəki səkilər istifadəyə yararlı deyil.

Fotodan da gördüyünüz kimi paytaxt yollarında səkinin adı var, özü yoxdur. Piyadalar avtobus zolağı ilə, avtobuslar digər nəqliyyat vasitələrinin zolağında, minik avtomobilləri də haradan yol tapsalar, ora ilə hərəkət edirlər.

Paytaxtın yararsız səkiləri ucbatından əziyyət çəkən piyadalar isə hələ də şəhərdə rahat hərəkət edəcəkləri zolaqları gözləyirlər...

Daha çox foto burada: PhotoStock.Az