Güney Azərbaycanda yaşayış binasında dəhşətli partlayış: Yaralılar var - VİDEO

12
Mar
18:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranda Nizamabad şəhərində yaşayış evi partlayıb. Hadisə nəticəsində yaralananlar var.

Bu barədə “Azad İran” “Telegram” kanalı Qəzvin əyalətinin Qızıl Aypara Cəmiyyəti Təşkilatının sədri Nasir Səburiyə istinadla xəbər verib.

Bildirilir ki, hadisə yaşayış evlərindən birində yandırıcı materialların partlaması ilə əlaqədar baş verib. Nəticədə binanın yarısı dağılıb.

Hadisə vaxtı orada olan üç yeniyetmə yanıq xəsarəti alıb, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.