Şabranda FACİƏ: Ana və uşaq doğuş zamanı öldülər

12
Mar
19:00
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şabran rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində ana və uşaq ölümü baş verib.

seher.media xəbər verir ki, doqquz aylıq hamilə olan Şabran şəhər sakini, 1987-ci il təvəllüdlü Nailə Qasımova doğuş zamanı ölüb, körpəni də xilas etmək mümkün olmayıb.

Mərhumun həyat yoldaşı Kərəm Qasımov bildirib ki, bu, qadının üçüncü hamiləliyi olub.

K.Qasımov həyat yoldaşının və körpəsinin həkim səhlənkarlığı nəticəsində öldüyünü bildirib.

Faktla bağlı araşdırma aparılır.