Mikayıl Cabbarov və Rövşən Nəcəf bp-nin baş icraçı direktoru ilə görüşüblər - FOTO

13
Mar
16:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR prezidenti Rövşən Nəcəf bp şirkətinin yeni baş icraçı direktoru Mürrey Aukinklos ilə görüşüb.

Bu barədə Mikayıl Cabbarov öz “X” hesabında paylaşım edib.

“Mürrey Aukinklos ilə keçirdiyimiz görüşdə ikitərəfli əməkdaşlığın nəticələrini, eləcə də birgə fəaliyyətin yaşıl enerjiyə keçid, dekarbonizasiya, kəşfiyyat və hasilat layihələri istiqamətində gücləndirilməsi imkanlarını nəzərdən keçirdik”, - deyə nazir bildirib.