Biləsuvarda dəm qazından zəhərlənənlərin son durumu AÇIQLANDI - YENİLƏNİB

15
Mar
13:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biləsuvarda dəm qazından zəhərlənənlərin son durumu açıqlanıb.

TƏBİB-dən seher.media-a verilən məlumata görə, dəm qazından zəhərlənmə səbəbilə Biləsuvar rayonundan üç nəfər Təcili tibbi yardım briqadası ilə Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə təxliyə edilib.

Onlara zəruri tibbi yardım göstərilib və ambulator müayinə üçün evə buraxılıblar.

10:04

Biləsuvarda dörd nəfər dəm qazından zəhərlənib.

APA xəbər verir ki, ötən gün Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünləri üçün inşa edilmiş 2 saylı qəsəbədə yaşayan Yusif Xalıqverdi Allahverdiyev, Coşqun Zakir Ağayev, Zahir Yavər oğlu Ağazadə və Şəbnəm Allahverdiyeva dəm qazından zəhərləniblər.

Onlar xəstəxanaya çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, Şəbnəm Allahverdiyeva ölüb.

Faktla bağlı araşdırma aparılır.