Azərbaycanda “TikTok” bağlanacaq? - RƏSMİ AÇIQLAMA

15
Mar
19:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkədə “TikTok” sosial şəbəkəsinin mümkün qadağası ilə bağlı qanun layihəsini dəstəkləyib.

seher.media xəbər verir ki, Azərbaycanda da “TikTok” platformasının fəaliyyətindən narazılıqlar var.

ABŞ-də sözügedən platformanın istifadəsinə qoyulan qadağa müzakirələrə səbəb olub.

Bəs Azərbaycanda “TikTok” platformasının fəaliyyəti dayandırıla bilərmi?

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə əlaqə saxladıq.

ETX-dən seher.media-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda qeyd olunan məsələ ilə bağlı dövlət səviyyəsində müzakirə aparılmır.

Qeyd edək ki, ABŞ-də sözügedən təşəbbüsün məqsədi platformanın Çin tərəfindən idarə olunan istənilən qurum, o cümlədən hazırda “TikTok”a sahib olan “ByteDance” şirkəti ilə əlaqələrini kəsməkdir.

Könül Cəfərli