Azərbaycanlı gənc ABŞ-nin nüfuzlu institutuna qəbul olub - FOTO

15
Mar
21:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 2023-cü il məzunu, hazırda London Universitet Kollecində (UCL) təhsil alan Fidan Hüseynova ABŞ-nin Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, məktəbli olduğu dövrdə Fidan Hüseynova bir neçə yerli və beynəlxalq olimpiadalarda uğurla iştirak edib. O, informatika üzrə respublika fənn olimpiadalarında dörd dəfə qızıl medal və iştirak etdiyi 11 müxtəlif beynəlxalq olimpiadalar və müsabiqələrdə bir qızıl, iki gümüş, üç bürünc medal və bir həvəsləndirici mükafat qazanıb.