Macarıstanın baş naziri: “Suverenliyimizi qorumaq üçün Brüsseli işğal etməliyik”

15
Mar
22:00
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Macarıstanın Baş naziri Viktor Orban ölkəsinin suverenliyini qorumaq üçün Brüsseli işğal etməklə hədələyib.

O, bu barədə 1848-ci il Macarıstan İnqilabının növbəti ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

“Əgər biz Macarıstanın azadlığını və suverenliyini qorumaq istəyiriksə, Brüsseli işğal etməkdən başqa çarəmiz yoxdur”, - deyə Orban Avropa qurumlarında daha iddialı mövqe tutmağın zəruriliyinə toxunaraq bildirib.

Orban əlavə edib ki, Macarıstan üçün azadlıq odur ki, başının üstündə sahibi olmasın. O, həmçinin ölkənin mədəni-tarixi irsinin xarici təsirlərdən qorunmasının vacibliyini də vurğulayıb.

Budapeştin sülhdən ancaq fayda əldə edəcəyini qeyd edən Viktor Orban Macarıstanın müharibə istəmədiyini də nəzərə çatdırıb.

Mənbə: “RİA Novosti”