Azərbaycan nefti ucuzlaşıb

16
Mar
11:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti 88 dollardan az olub.

seher.media xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti ötən günlə müqayisədə 0,65 dollar və ya 0,74% azalaraq 87,74 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.