Rusiyada sirk artistinin tamaşa zamanı nəhəng təkərdən yıxılma anı görüntülənib - VİDEO

18
Mar
05:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada Primorsk diyarının Naxodka şəhərində sirk artisti fənd yerinə yetirərkən nəhəng təkərdən yıxılıb.

Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Yayımlanan kadrlarda gənc oğlanın fırlanan konstruksiyanın üzərində qaçaraq, təkərin elementləri ətrafında əlavə dairələr vurduğu görünür. Lakin bunu bir neçə təkrar etdikdən sonra akrobat sürətini itirib, təkərin komponentləri arasına düşüb və böyük hündürlükdən qoruyucu döşəklərlə təchiz olunmayan döşəməyə düşüb.

Bundan sonra, konstruksiya dayandırılıb, lakin hərəkəti tamamilə dayandırmazdan əvvəl, təkərlər artıq yerdə uzanan artistə dəyir.

Kişi təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb, vəziyyəti məlum deyil.

Mənbə: lenta.ru