Azərbaycanda iki ayda 60 min daşınmaz əmlakın mülkiyyət hüququ qeydə alınıb

18
Mar
11:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin yanvar-fevral aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 60 093 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını aparıb.

seher.media Dövlət Xidmətinə istinadən xəbər verir ki, bunun 9 349-u ilkin, 50 744-ü isə isə təkrar qeydiyyatın payına düşüb.

İki ay ərzində fərdi yaşayış və bağ evləri üzərində 8 753, mənzillər üzərində 13 248, torpaq sahələri üzərində 36 258, qeyri-yaşayış binaları üzərində 512, qeyri-yaşayış sahələri üzərində 1 220, əmlak kompleksləri üzərində 96, çoxmərtəbəli yaşayış binaları üzərində isə altı mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu mülkiyyət hüquqlarının 14 886-sı Bakının, qalanı isə bölgələrin payına düşüb.

Hesabat dövründə 43 765 texniki pasport tərtib edilib, 11 314 ipoteka müqaviləsi qeydiyyata alınıb.