Azərbaycanda ilk dəfə cəzaçəkmə müəssisəsində üztanıma sistemi yaradılıb - FOTO

18
Mar
14:00
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda ilk dəfə olaraq cəzaçəkmə müəssisəsində üztanıma sistemi yaradılıb. 

seher.media xəbər verir ki, sistem ilk olaraq Penitensiar Xidmətin yeni tikilmiş Lənkəran Penitensiar Kompleksinin cəzaçəkmə müəssisəsi də quraşdırılıb.

Sistemin quraşdırılmasında məqsəd müəssisədə cəza çəkən məhbusların təhlükəsizliyini təmin etməkdir.

Müəssisənin bir korpusunda cəza çəkən məhbus digər yad korpusa daxil olarsa, bu zaman üztanıma sistemi işə düşür.

Sistem həmin şəxsin yad olduğunu aşkarlayır və dərhal həyəcan siqnalı işə düşür.