Salyan sakini Rusiyada faciəli şəkildə öldü

18
Mar
20:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Salyan sakini Rusiyada baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

APA xəbər verir ki, martın 17-də axşam İrandan Rusiyaya yük daşıyan TIR Minvodı şəhərində qəzaya uğrayıb.

Qəza nəticəsində TIR-ın sürücüsü, Salyan rayonunun Kürkənd kənd sakini, 46 yaşlı Elşən Ağamirzə oğlu Heydərov hadisə yerində ölüb.

Faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.