Azərbaycanlı tələbə magistraturaya qəbul imtahanlarında ölkə birincisi olub

20
Mar
20:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı tələbə Aytac Əsgərova magistraturaya qəbul imtahanlarında ölkə birincisi olub.

seher.media xəbər verir ki, hazırda Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi olan Aytac 96 bal toplayıb, esse müsabiqəsindən maksimum nəticə göstərib.

Qeyd edək ki, Aytac Əsgərova 2019-cu ildə 656,3 balla Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasına qəbul olub.

O, dünyanın TOP 100 universitetlərindən sayılan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.