Bakıda su borusu partladı: İçməli suyun verilişi müvəqqəti dayandırıldı - YENİLƏNİB + VİDEO

20
Mar
23:00
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində su borusu partlayıb.

“Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı seher.media-ın sorğusuna cavab olaraq bildirib ki, qəsəbənin D massivində Suraxanı Rayon Sukanal İdarəsi tərəfindən həmin xəttə suyun verilişi dayandırılıb.

Əraziyə qəza-bərpa briqadası cəlb olunub.

Hazırda təmir işləri aparılır.

22:42

Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində su borusu partlayıb.

seher.media xəbər verir ki, içməli su borusunun partlaması nəticəsində axan su yola və ətrafa dağılıb. 

Həmin görüntüləri təqdim edirik: