Bakıda hamam yanıb: Bir nəfər tüstüdən zəhərlənib

21
Mar
22:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda hamam yanıb, bir nəfər tüstüdən zəhərlənib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Suraxanı rayonunda ümumi sahəsi 600 kvadratmetr olan hamamın soyunub-geyinmə və sauna otağının yanar konstruksiyaları 70 kvadratmetr sahədə yanıb.

Hamamın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.