Peskovdan açıqlama: “Rusiya müharibə vəziyyətindədir”

22
Mar
17:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ukraynada keçirilən xüsusi hərbi əməliyyat Qərbin müdaxiləsi səbəbindən artıq müharibəyə çevrilib”.

Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Aif.ru” saytına müsahibəsində bildirib.

“Biz müharibə vəziyyətindəyik. Bəli, bu, xüsusi hərbi əməliyyat kimi başladı, amma kollektiv Qərb Ukrayna tərəfindən bunun iştirakçısına çevrildikdə, bizim üçün artıq müharibəyə çevrildi. Mən buna əminəm. Və bunu hər kəs öz daxili səfərbərliyi üçün başa düşməlidir”, - deyə Kreml nümayəndəsi qeyd edib.