Avropa İttifaqından Rusiyaya qarşı sanksiyalar

22
Mar
19:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İttifaqı (Aİ) Aleksey Navalnının ölümü ilə bağlı sanksiyalar çərçivəsində İK-6 və İK-3 koloniyalarına və 33 nəfərə, o cümlədən Rusiya Ali Məhkəməsinin hakimləri, polis əməkdaşları və həbsxana əməkdaşlarına qarşı sanksiyalar tətbiq edib.

Bu barədə Avropa İttifaqının qətnaməsində bildirilib və müvafiq sənəd ittfaqın rəsmi jurnalında dərc olunub.

Sanksiyalar siyahısına əsasən ədliyyə nazirinin müavini Vsevolod Vukolov, Federal Penitensiar Xidmət rəhbərinin birinci müavini Valeri Boyarinev, Moskva Federal Penitensiar Xidmətinin rəhbəri Sergey Moroz, Navalnının cəza çəkdiyi koloniyaların rəhbərləri və müavinləri daxildirlər.

Mənbə: TASS