Nigerdə hərbi hissəyə silahlı hücum: Çox sayda ölən və yaralananlar var

22
Mar
20:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nigerdə ölkənin şimal-qərbində yerləşən hərbi hissəyə silahlı hücum nəticəsində ən azı 23 əsgər həlak olub, 17 nəfər yaralanıb.

Bu barədə Niger Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, motosiklet və avtomobillərdə olan 100-dən çox silahlı şəxs kustar üsulla hazırlanmış partlayıcı qurğulardan istifadə edib. Onlar üsyançıların vurduğu Tillaberi bölgəsində əməliyyatdan qayıdan bölməni pusquya salıblar.

Nazirlikdən verilən məlumata görə, hücum Tegey və Bankilare bələdiyyələri arasında baş verib. İdarənin məlumatına görə, 30-a yaxın hücumçu öldürülüb.

Mənbə: Reuters