Medvedev: “Terror aktının təşkilatçılarını ölüm gözləyir” - FOTO

23
Mar
00:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Crocus City Hall” ticarət mərkəzinin konsert zalında baş vermiş terror aktı nəticəsində həlak olanların ailələrinə və yaxınlarına səmimi başsağlığı verib.

Bununla bağlı siyasətçi “Telegram” kanalında yazıb.

“Terror aktı nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, həlak olanların bütün yaxınlarına səbr diləyirəm”, - o qeyd edib.

O, həmçinin əlavə edib ki, terrorçular ancaq cavab terrorunu başa düşürlər ki, bunu bütün dünya təcrübəsi göstərir. Medvedev vurğulayıb ki, bu faciəyə görə məsuliyyət daşıyanların hamısı cəzalandırılacaq və onlar başqa dövlətin məmurları olsalar belə, terrorçu kimi amansızcasına məhv ediləcəklər.

Xatırladaq ki, bu gün Moskva vilayətinin “Crocus City Hall” konsert salonunda atışma baş verib. “Crocus City Hall” ticarət mərkəzinə hücum zamanı zərərçəkənlərin sayı 140 nəfərə çatıb. 15 nəfərin isə öldüyü bildirilir.

Mənbə: kp.ru